AZXEBER.COM gənc şairə Xəyalə Əliyevanın "O mən, mən də o oldum" adlı şeirini təqdim edirÇox uzaqda axtardım sevgini..Elə bir uzaq ki, görmədən sevməyi, toxunmadan hiss etməyi oyrəndim.Elə bir sevgi ki, olmasada onun yoxluğuna sarıldım. Hərdən ushudum təklikdən Onun əlləri kimi düyünləndim bədəniməSonra, onun kimi sevdim, hərdən üz çevirdim, ondan uzaq oldum olduğu uzaqlar qədər….Qışlar keçib getdi. O gəldi yazla Sevgim də fəsil kimi oldu Mən payız o yaz, görüş yerimiz oldu ayaz.Çətin oldu, o gəldi, mən getdim. O gül acdi, mən ləçəklərimi tökdüm. O rəng verdi, mən rəngimi itirdim.Sonra oda yazdan əl çəkdi, payızı seçdi. O yağdı, mən əsdim, beləcə çırıl - çılpaq olduğ .O məni bütün çirkinliyimlə gördü, mən onu çilpaqlğıyla sevdim. O üşüdü, mən üşüdüm.. Hərdən soyuqlugumuz bizi də dondurdu, amma heç parçalanmadıq, bütün olduq.O mən, mən o oldum….