`O mütləq gələcək...` - İtən neftçinin anası

`O mütləq gələcək...` - İtən neftçinin anası
Bütün Xəbərlər
15:59 07.12.2015
4216
Dekabrın 4-də “Günəşli” yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur.
Bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə açıqlayıb. O, qeyd edib ki, 29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olan İnqilab ixtisasca nəqliyyatçıdır: “Ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib.
İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum günün dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə “Ad günümü sahilə qayıdanda qeyd edərik” deyirmiş. Anası Qəmərxanım Mingəçevirdə tanımış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir.
Bu gün zəng edib ona təsəlli verdim, ancaq ana hələ də oğlunun itkisinə inanmır. “O mütləq gələcək” dedi”.
OXŞAR XƏBƏRLƏR