'O necə icra başçısı ola bilər? Ailəmizi bir tikə çörəksiz qoydu!'

Bütün Xəbərlər
13:23 23.01.2016
1772

Gürcüstanda icra başçısından narazılıq pik həddə çatıb. 

“Vahid Milli Hərəkat” partiyasından icra başçılığına namizəd olan Besik Kaxaberişvilini vətəndaş Nari Qeqeşidze fırıldaqçılıqda günahlandırır. Nari Qeqeşidze “Reportirola” söhbəti zamanı deyir ki, Besik Kaxaberişvili Qeqeşidzenin ailesini evsiz qoyan sxemin əsas üzvlərindən biridir. Nari Qeqeşidze danışır ki, Vazianidə yerləşən onun ailəsinin öz əli ilə inşa etdiyi blokun emalatxanasını, Kaxaberişvili həmfikirləri ilə birgə mənimsəyib, öz adına qeydiyyat edib və oğurlayıb:

“Besik Kaxaberişvili bizim ailənin əli ilə toplanmış əmlakı əlimizdən aldı və havaya sovurdu! İndi isə icra başçılığına öz namizədliyini verir. Buyursun gəlsin və mənimlə söhbət etsin – nə planlaşdırır?! İş prokurorluqdadır! O, bizim əmlakımızı qarət edib. Emalatxanadan dəmir qalıqlarını aparıb, oğurlayıb, havaya sovurub. Dayanmayacam, əlim çatan hər yerdə deyəcəm. Bu günahkarlar cavabdehlik daşmalıdırlar.

Dövlət əmlakının qeydiyyata alınması və özəlləşdirilməsi məsələləri üzrə Qardaban idarəçiliyinin o keçmiş sədri Şota Didebaşvili, rüşvətxor və iki dəfə ittiham olunmuş şəxs, bizim mülkümzü Kaxaberişvilinin, Kaxaberişvili isə - Vasil Turkişvilinin adına qeydiyyat edib. Emalatxanada bizim ailəyə məxsus olan hər çeyi özlərinə götürüblər! Əgər onun işinə qarışmağımı istəmirsə, gəlsin mənimlə danışsın, mənimsədiyi əmlakı geri qaytarsın!

Kaxaberişvili şəxsən özü fəhlələri gətirib və oranı dağıdıb-satıb. Kaxaberişvili fırıldaqçıdır! Saakadze kəndində o, zavod oğurlayıb, bu qeydə alınıb. Pis avtoritetdən istifadı edir. O, necə icra başçısı ola bilər? Bizi bir tikə çörəksiz qoydu! Gəlsin bunların hamısı haqda mənimlə danışsın, mənə cavab ersin!”, - deyir Qeqeşidze.

Danışdığı bu qrup mülkü öz adına qeydiyyat edəndə Besik Kaxaberişvili kim idi sualına Qeqeşidze belə cavab verir:

“Heç kim idi. Çarəsiz bir adam idi. Əlimdən aldılar və başqsının adına qeydiyyat etdilər! Kaxaberişvilidən soruşun, necə əlimdən aldı. Bilmirsiz vətəndaşların əlindən mülkünü necə alırdılar?”, - deyir Qeqeşidze.Cari ilin 22 yanvar tarixində Gürcüstan Parlamentinin vitse-spikeri,"Gürcü arzusu" partiyasının liderlərindən biri Manana Kobaxidzenin bəyənatına görə 1993-cü ildə "Vahid Milli Hərəkat" partiyasının Qardabani icra başçılığına namizədi Besik Kaxaberişvili dörd ortağı ilə birgə Qardabani rayonun Saakadze kəndində yerləşən yun və dəri fabrikini qarət edib. Adıçəkilən qrup avtomatik odlu silahdan istifadə edərək mühafizəçini sarıyıblar və onu fiziki təhqir ediblər, zirzəmiyə giriblər və böyük miqdarda dövlət mülkünü oğurlayıblar. Cinayət iştirakçılarının ikisinin hərbçi , Besik Kaxaberişvilinin isə Gürcüstan Respublikasının milli qvardiyasının üzvü olmasından dolayı, işi tabeçiliklə hərbi prokurorluq araşdırdı və xatırlanan şəxsləri həbs etdi. Ancaq Besik Kaxaberişvili gizlənirdi. 1994-cü ildə Besik Kaxaberişvili həbs olundu və Gürcüstan cinayət məcəlləsinin 96-cı maddəsinin birinci hissəsinə, 5-ci və 6-cı bəndlərinə (köhnə redaksiya) əsasən günahkar olaraq elan edildi və şəxsi mülkün müsadirəsi ilə, gücləndirilmiş rejimdə əmək-islahat koloniyasında cəza ödəməklə, yeddi il müddətinə azadlıqdan məhrum edildi. 1997-ci ilin 29 iyulunda Eduard Şevardnadzenin səsərncamı ilə, məhkum Besik Kaxaberişvili əfv olundu və geridə qalan çəkmədiyi cəzası, 3 il 6 ay müddətinə icbari işlə əvəz olundu.

OXŞAR XƏBƏRLƏR