"O şəkillər klip çəkilişi zamanı çəkilib" - Orxan Lökbatanlı haqqında yayılan xəbərdən danışdı

"O şəkillər klip çəkilişi zamanı çəkilib" - Orxan Lökbatanlı haqqında yayılan xəbərdən danışdı
MAQAZİN
19:43 19.09.2019
10118
Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı ilə bağlı xəbər yayılıb.

AZXEBER.COM-a danışan tanınmış meyxanaçı sözügedən xəbərin yalan olduğunu bildirib. Onun sözlərinə görə, ailəsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Ailəmlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Biz ayrılmamışıq, hər şey öz yolundadır. Aysu Bədəlzadə ilə olan şəkillərim isə klip şəkilişində lentə alınıb. Jurnalistlərdən şəxsi həyatımla bağlı xəbərləri yayarkən diqqətli olmalarını xahiş edirəm. Sadəcə onu deyə bilərəm ki, ailəmlə bağlı yayılan məlumatlar yanlışdır".
OXŞAR XƏBƏRLƏR