‘O səs Türkiyə’ də daha bir azərbaycanlı - VİDEO

‘O səs Türkiyə’ də daha bir azərbaycanlı -  VİDEO
Bütün Xəbərlər
00:07 03.12.2014
1370

"O səs Türkiyə"də daha bir azərbaycanlı çıxış edib.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, Səmra Rəhimli adlı iştirakçı pop-ulduz Tina Törnerin "Simply the best" mahnısının ifasıyla müğənni Hadisə və Mazhar Alanson-Özkan cütlüyünü döndərə bilib.

Səmra aparıcı Acunun istəyi ilə Aşkın Nur Yenginin repertuarından "Yalançı bahar" mahnısını da oxuyub. Həmyerlimiz sonda Hadisəni seçərək yarışmaya onun komandasında davam etmək şansı qazanıb.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

OXŞAR XƏBƏRLƏR