“Oazis” restoranının qarşısında dava düşdü.
AZXEBER.COM portalının elektron ünvanına daxil olan məlumata görə, bu gün gecə saatlarında Bakıda ailəvi istirahət mərkəzlərindən biri kimi tanınan “Oazis” restoranın qarşısında bir neçə şəxs arasında dava düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə içkili olan şəxslə restoranda əylənməyə gələn bir neçə gənc arasında baş verən dava zalda oynayarkən başlayıb. Gənclər münasibətlərinə restoranın çıxışında həll etməkqərarına gəliblər. Elə bu anda hadisəyə müdaxilə edən təhlükəsizlik xidmətinin əməkdaşları hadisənin böyüməsinin qarşısını almağa nail olublar.
Qeyd edək ki, bu hadisə “Oazis”də baş verən birinci hadisə deyil. Bundan öncə də restoranın önündə bir neçə içkili şəxsin mübahisə etməsi müşahidə olunub. Maraqlısı burasındadır ki, paytaxt sakinləri tərəfindən hər zaman ailəvi istirahət mərkəzi kimi tanınan məkanda spirtli içkilərin qadağan edilməsinə baxmayaraq, hələ də bəzi müştərilərə restorandan kənarda içki alaraq məkana daxil olmaq qadağan edilməyib.