‘Oazis’dəki qanlı davanın yeni - TƏFƏRRÜATLARI

‘Oazis’dəki qanlı davanın yeni - TƏFƏRRÜATLARI
Bütün Xəbərlər
00:36 05.09.2014
11331

“Oazis” restoranında baş vermiş kütləvi qanlı davanın səs-sorağı davam edir. Həbs edilənlər, yaralananlarla yanaşı, bu gün ərzində restoran rəhbərliyinin hadisə ilə bağlı əksər media orqanlarına verdiyi açıqlama bir çox mətləbləri üzə çıxarır. 

AZXEBER.COM musavat.com-a istinadən məlumat verir ki, restoran rəhbərliyinin hadisənin baş verməsində günahkar hesab etdiyi şəxslər barələrində deyilənlərdən razı deyil. Onlardan biri – Vasif Şəfiyev baş vermiş hadisənin mediada düzgün işıqlandırılmadığını iddia edir. Onun fikrincə, restoran administrasiyası tərəfindən cibləri pulla doldurulmuş müəyyən bir qisim media bu məsələyə hələ də qərəzlə və satqınçılıqla yanaşmaqdadır: “Bu məclisdə tərbiyəsinə, qeyrətinə, şərəfinə və ailə həyatına bələd olduğumuz, inandığımız və güvəndiyimiz dostlarımızın hüquqları tapdalanıb, ciddi fiziki təzyiq və zərər görülüb, adlarına süni ləkə yaxılıb, azadlıqları əllərindən alınıb və dəymiş zərərin ödənilməsində günahlandırılırlar. Sadəcə mən deyil, bunları tanıyan hər bir şəxs bunu təsdiqliyə bilər”.

V.Şəfiyev bildirib ki, "Oazis" rəhbərliyi dava gedən zaman polis və Təcili Yardım maşınını içəri buraxmayıb, döyməklə huşsuz hala gətirilmiş dostlarına əziyyət verib: “Bu yetərli olmayaraq şansı gətirərək ofisiantın əlində kabab şişi qarnına yox qoluna soxulan Ravid Abdullayev hal-hazırda təcridxanada saxlanılır. Zaur Əsgərov ayağı sındırılaraq vəhşicəsinə döyülüb, Emil Tumasovun üzündə 50 tikiş və müxtəlif iti soyuq silah izləri var. Nəticə etibarı ilə “Oazis” restoranının fəaliyyətini dələduzluq, qruplaşma cinayət, hətta özlərindən düzəlmə "küçük mafiya" kimi qiymətləndirmək mütləqdir. Hacı ləqəbli restoranın müdiri faşistin xüsüsi yetişdirilmiş itlərini insan üzərinə buraxması mənzərəsini yaradaraq, bu azmış kimi mediaya yalançı və dəlillərdə öz əksini tapmayan iddialar irəli sürür”.

V.Şəfiyev sonda öz mesajını da çatdırıb. Deyib ki, bu ölkədə belə dəvələrdən çox nəhəng fillər var: “Şəxsən mən özüm mühafizədə növbə rəisi işləmişəm, və onu dəqiq bilirəm ki, Azərbaycan Respublikasında mühafizə işinin təşkilinə dair Azərbaycan Respublikası  Prezidentinin müvafiq sərəncamında bildirilir ki, mühafizə işinin təşkilində qanun pozuntusu aşkar olunarsa, fizik güc tətbiq edərək və ya etməyərək xəsarət yetirməmək şərti ilə qanunu pozanları müəyyən güc strukturlarına təhvil vermək zəruridir. İnanıram ki, düzgün dəlillər polis istintaqına və prokurorluğa təqdim olunacaq və nəticə ədalətli olacaq. Dostlarımızın ailələrinə səbr diləyirəm, dostlarıma da böyük ehtimalla ola biləcək spekulyasiyalara soyuqqanlı münasibət göstərmələrini və tez bir müddətdə sağlamlıqlarını bərpa etməklərini arzu edirəm. Unutmayaq ki, bu olanlar hər birimizin başına gələ bilər”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
23:55 21.06.2025
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
23:50 21.06.2025
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
23:26 21.06.2025
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
https://apa.az/xarici-siyaset/ceyhun-bayramov-iet-in-nazirler-surasinin-fovqelade-iclasinda-cixis-edib-905867#:~:text=0-,Ceyhun%20Bayramov%20%C4%B0%C6%8FT%2Din%20Nazirl%C9%99r%20%C5%9Euras%C4%B1n%C4%B1n%20f%C3%B6vq%C9%99lad%C9%99%20iclas%C4%B1nda%20%C3%A7
23:22 21.06.2025

İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
23:13 21.06.2025
İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
Sumqayıtda kişi meyiti tapılıb
22:52 21.06.2025
Sumqayıtda kişi meyiti tapılıb
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
22:28 21.06.2025
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
22:15 21.06.2025
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
21:58 21.06.2025
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
21:52 21.06.2025
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
21:37 21.06.2025
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
Husilər yenidən ABŞ-ı hədələyib
21:22 21.06.2025
Husilər yenidən ABŞ-ı hədələyib
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
21:10 21.06.2025
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
21:02 21.06.2025
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
20:52 21.06.2025
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib
20:36 21.06.2025
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib