Obama Ərdoğandan yardım istədi

Obama Ərdoğandan yardım istədi
Bütün Xəbərlər
09:10 15.09.2012
1207
ABŞ prezidenti Barak Obama son günlər Yaxın Şərqdə amerikalı diplomatların hücuma məruz qalması ilə əlaqədar Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan kömək istəyib. Bu barədə məlumatı Ağ evin mətbuat katibi Cey Karni yayıb. Karni gündəlik mətbuat brifinqində Barak Obamanın başda Misir və Liviya prezidentləri olmaqla regiondakı ölkə rəhbərləri ilə intensiv telefon əlaqəsi yaratdığını, baş vermiş zorakılıq hadisələrinə münasibət bildirmək üçün Ərdoğana xüsusi ismarış göndərdiyini deyib.
“Bölgədə baş vermiş zorakılıq hadisələrinə reaksiya bildirilməsi üçün Barak Obama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana xüsusi ismarış göndərib. Gördüyünüz kimi Ərdoğan bu reaksiyanı bildirdi. Prezident Obama belə açıqlamaları və bölgə liderlərinin bu istiqamətdə atdığı addımları razılıqla qarşılayır” – deyə Karni bildirib.
Bundan başqa Cey Karni ABŞ-ın diplomatik missiyalarına istiqamətlənmiş hücumların davam edəcəyi barədə yayılmış məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR