O, verdiyi açıqlamada “Suriya hökuməti tərəfindən etirazçılara qarşı bu gün və keçən həftə ərzində törədilən iyrənc şiddəti qınayıram” deyib. Barak Obama sözlərinə onu da əlavə edib ki, “qanunsuz həbslər, nəzarətlər və məhkumlara işgəncə edilməsi artıq bitməli və oradakı hadisələrin müstəqil şəkildə qiymətləndirilməsinə şərait yaradılmalıdır”.