Obama Quranın yandırılmasına etiraz edənləri qınadı

Bütün Xəbərlər
14:37 03.04.2011
1569

O, atılan bu addımları humanizmdən kənar və fanatizm adlandırıb. Obama bildirib ki, heç bir din günahsız insanların öldürülməsini özündə ehtiva edə bilməz. Onun sözlərinə görə, utandırıcı və təəssüfləndirici bu hadisələrin haqlı səbəbi ola bilməz.

 

Qeyd edək ki, Əfqanıstanın Qəndəhar şəhərində 10 nəfərin öldüyü hücumda iki nəfərin də başının kəsildiyi bildirilmişdi. Təşkil edilən hücum ABŞ-da martın 20-də Qurani Kərimin nüsxəsinin yandırılmasına etiraz olaraq həyata keçirilmişdi.

Xatırladaq ki, ABŞ-ın Florida ştatında amerikalı rahib Terri Consun rəhbərliyi ilə 11 sentyabr hadisələrinə etiraz olaraq Qurani Kərimin yandırılacağı bildirlimişdi. Müsəlman dünyasında böyük etirazla qarşılanan bu hadisə başqa bir rahib tərəfindən reallaşdırılmışdı.

 

OXŞAR XƏBƏRLƏR