Odessalıları Azərbaycan yeməklərinə qonaq etdilər - FOTOLAR

DÜNYA
11:30 14.10.2014
1648

Milli təamların qiyməti 10-40 qriven arası olub.

Odessanın xarici icma və diasporaları həftə sonu milli mədəniyyət bayramı düzənləyiblər.Tədbirin təşkilatçısı Viktoriya Taranenko festifalın məqsədinin əyalət admnistrasiyasının arxasında yerləşən bağa ictimaiyyətin diqqətini çəkmək idi. “Biz istərdik ki, bu yeri abadlaşdırsınlar və orada divar ucaltsınlar. Bu bağ şəhər sakinlərinin istirahəti üçün gözə məkan ola bilər”, - Viktoriya qeyd edib.

Festivalda on dörd – yəhudi, alman, fransız, monqol, çin, polyak, azərbaycan, yunan, erməni, koreya, gürcü, modovan ... diasporunun nümayəndələri iştirak edib. Tədbirin aparıcıları ŞHK “Odesskie mansı” komandasının üzvləri Pavel Demçenko və Stanislav Saran olub. Onların zarafatlarının müşaiyəti ilə tədbirə toplaşanlar oxuyub, oynayıb, əlavə olaraq müxtəliv milli mətbəxlərin təamlarından dadıblar.

Azərbaycanlılar da tədbir üçün paxlava və mutakilər, eləcə də “kükü” hazırlayıblar. Milli təamların qiyməti 10-40 qriven arası olub.//oxxu.az

OXŞAR XƏBƏRLƏR