Odlar Yurdu Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, konfransdauniversitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyevartıq Ulu Öndərin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrildiyini bildirib: “Ona görə də bu beynəlxalq konfransda İspaniya, Böyük Britaniya, Rusiya, Türkiyə və Gürcüstandan da nümayəndələr iştirak edirlər. İki gün davam edəcək konfransda 300 elmi məqalə dinləniləcəkdir. Ən yaxşı məqalələr universitetin elmi pedaqoji jurnalında çap ediləcək”.
Tədbirdəuniversitetin I prorektoru Samir Vəliyev qeyd edib ki, Ümummilli Liderin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrilməsi təsadüfi deyil: “Çünki, Ulu Öndər müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, keçmiş SSRİ-nin də siyasi liderlərindən biri olub.”
Daha sonrauniversitetin prorektoru Salam Əliyev “Distant təhsildə informasiya mühitinin idarə edilməsi” mövzusunda cıxış edərək qeyd edib ki, Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Təhsili dövlətimizin davamlı inkişafının əsas amillərindən biri hesab edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də ,onun inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə böyük diqqət və qayğı göstərir, təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daima diqqətdə saxlayır. Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, informasiyalaşan cəmiyyətin zəruri tələblərindən, ehtiyaclarından biridir. Müasir dövrdə İKT-nin sürətlə inkişafı onun təhsildə də tətbiq olunmasını zəruri edir. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə,dərsin elektron formada təsviri,digər tərəfdən dərsdə müasir təlim metodlarından istifadə edərək tədrisin distant formada təşkili təhsil alma maraqlarının daha da artmasına səbəb olacaq.
Beynəlxalq Qafqaz Universitetinin professoru Nino Çalaqanidze öz çıxışında konfransda iştirakdan məmnun olduqlarını bildirib və o Odlar Yurdu Universiteti ilə Beynəlxalq Qafqaz Universiteti arasında olan əlaqələr haqqında məlumat verib.
Tələbə Elmi Cəmiyyətinin sədri Ayna Nəcəfova2 fevral 1997-ci ildə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin gənclərin cəmiyyət həyatında fəal iştirakından və Azərbaycan gəncliyinin inkişafına göstərdiyi təsiri haqqında məlumat verib.
Millət vəkili Musa Quliyev də Heydər Əliyev haqqında olan öz ürək sözlərini konfrans iştirakçıları ilə bölüşüb.
Daha sonra konfrans 6 bölmə üzrə öz işini davam etdirib.
Konfransın 2-ci günü Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert proqramı ilə davam edib. Konsertin sonunda konfransın bağlanış mərasimi keçirilib. Konfrasda fərqlənən iştirakçılar sertifikatla təltif olunub.