Odlar Yurdu Universitetinin rektoru: “TQDK-ya sübut etdik ki, onlar haqsızdırlar”

GƏNCLİK
14:18 30.09.2011
2109
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sübut etdik ki, onların informasiyaları doğru deyil, səhvdir. Əsaslandırdıq ki, həmin informasiyalar qeyri-dəqiqdir, onlar haqsızdırlar”.
Bunu Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev deyib. O, yayılan məlumatların universitetə tələbə qəbuluna mənfi təsir göstərmədiyini bildirib.
Ə. Vəliyev onun dələduzluq və korrupsiya faktları ilə bağlı həbs olunan bank işçilərinə dəstək verməsi barədə yayılan xəbərlərə də münasibət bildirib: «Mən bu yazılanlara fikir vermirəm. Onlar yalan və böhtan yazır, şantaj etməyə çalışırlar».
Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin tibb fakültəsinə tələbə qəbulunun şəffaf aparılmadığını bildirmişdi.  APA 

OXŞAR XƏBƏRLƏR