Oktyabrın 12-dən havalar soyuqlaşacaq

Oktyabrın 12-dən havalar soyuqlaşacaq
Bütün Xəbərlər
14:06 11.10.2012
978
Oktyabrın 12-də sutka ərzində atmosfer təzyiqinin təzadlı dəyişməsi nəticəsində gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması, güclü küləyin 13-ü axşamadək davam etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 14-də biometeoroloji amillərin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar əsasən əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək.Havanın temperaturu gecə 15-20, gündüz 22-27, axşam 20 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR