Oğlan maşının içində yandı - Azərbaycanda

Oğlan maşının içində yandı -  Azərbaycanda
Bütün Xəbərlər
00:04 24.06.2014
2185

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Xəzər rayonunda “Zil” markalı yük avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Nəticədə  avtomobillər  ağır  deformasiyaya uğrayıb və yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ” VAZ 2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü Abbasov Seyidəli Mircəlal oğlunun cəsədini çıxardaraq hüquq-mühafizə orqanları  əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 22:18-də başa çatmışdır. 

OXŞAR XƏBƏRLƏR