"Oleq Bakinski" aclığa başlayıb

"Oleq Bakinski" aclığa başlayıb
KRİMİNAL
17:27 12.03.2025
2081
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə "Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə video formatda keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Elşən Soltanov "Global Force" şirkətində direktor vəzifəsində çalışıb. O, imzaladığı müqavilələrdən xəbərdar olmadığını söyləyib: "İmzaladığım müqavilələrin bir qismindən müəyyən səbəblərə görə xəbərim olmurdu. Neçə müqaviləni imzaladığımı xatırlamıram. Onların icrasından da məlumatım olmurdu. Ümumiyyətlə, bəzi məsələlərə görə şirkət daxilində rəhbərliklə problemlər yaşayırdım. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Kuçer Konstantin təyin etmişdi".

Konstantin Kuçer prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, o, belə bir tapşırıq verməyib.

Daha sonra K.Kuçerin vəkili məhkəməyə vəsatət verərərək bildirib ki, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralın əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatlar məhkəməyə təqdim edilsin.

Onların Bakıda neçə dəfə olduğu müəyyən edilsin.

Məhkəmə müşavirəsi əsasında vəsatəti təmin edib.

Oleq Krapivinin vəkili isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib: "Oleq Krapivin peşəkar idmançıdır. Həmçinin o, aclıq aksiyasına da başlayıb. Onun ittiham olunduğu maddə az ağır cinayət hesab olunur. Xahiş edirəm onu ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz".

Oleq Krapivin də vəsatətin təmin olunmasını xahiş edib:

"Mən 60 yaşındayam. Azərbaycanlı şahidlər də təsdiqlədi ki, mənim hadisə ilə əlaqəm yoxdur. Biz öz şahidlərimizi qoyub başqalarına niyə inanmalıyıq?”

Daha sonra sənədlər tədqiq edilib.

Məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, Valeriy Zaxarenkovun sol dirsəyi sınıb və alnında kəsik yarası var. O, bununla bağlı "Yeni Klinika”ya müraciət edib. Müəyyən edilib ki, onun sağlamlığına az ağır zərər dəyib.

Digrər sənədlərin tədqiq edilməsi növbəti prosesə saxlanılıb.

Hakim Elnur Nuriyev deyib ki, aclıq aksiyasının prosesə təsiri olmayacaq. Bu, bir növ məhkəməyə təzyiq kimi qəbul olunur.

Məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı və s. vəsatətlərə baxmaq üçün müşavirəyə gedib.

Müşavirə əsasında qərara alınıb ki, vəsatət təmin edilməsin.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə "Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
 
\apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək