Oleq Əmirbəyov teatr heyətinə təqdim olundu

Oleq Əmirbəyov teatr heyətinə təqdim olundu
MƏDƏNİYYƏT
18:57 18.02.2026
692
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Əməkdar artist Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

AZXEBER.COM bu haqda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də yeni rəhbər teatr kollektivinə təqdim edilib. 
 
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Akademik Rus Dram Teatrının zəngin tarixə və özünəməxsus bədii ənənələrə malik olduğunu qeyd edib. Nazir vurğulayıb ki, kollektivin həm azərbaycanlı, həm də xarici müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkə daxilində və xaricdə maraqla qarşılanır.

Nazir mədəniyyətin bütün sahələrində olduğu kimi, teatr fəaliyyətində də yeni yanaşmaların tətbiqinin vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan mədəniyyəti – 2040” strategiyası bu sahənin inkişafı istiqamətində yeni vəzifələr müəyyənləşdirir. A.Kərimli yeni direktor və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oleq Amirbekov ona göstərilən yüksək etimada görə nazirə təşəkkür edib.

Akademik Rus Dram Teatrının sabiq direktoru, əməkdar mədəniyyət işçisi, hazırda Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuş Adalət Quliyev (Hacıyev) Oleq Amirbekovu təbrik edərək, onun bu vəzifədə uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.


 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı