Olimpiadanın gümüş mükafatçısını güllələdilər

Olimpiadanın gümüş mükafatçısını güllələdilər
Bütün Xəbərlər
11:58 18.02.2013
2243

Qarnından güllə yarası alan Bəxtiyar Əhmədov əməliyyat olunub

Pekin Olimpiadasının gümüş medalçısı Bəxtiyar Əhmədov güllələnib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Mahaçqalada baş verib və atlet qarnından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. 25 yaşlı idmançının yaralanmasını Dağıstanın Daxili İşlər Nazirliyi də təsdiq edib. Həmçinin onun tapançadan açılan atəşlə yaralandığını bildirlir. Güləşçinin üzərində əməliyyat aparılıb və o reanimasiyaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, hal-hazırda onun həyati təhlükə yoxdur. Xatırladaq ki, Bəxtiyar Əhmədov 2008-ci il 120 kq çəki dərəcəsində Olimpiya oyunlarının iştirakçısı olub və gümüş medal qazanıb. Rusiyanın idman ustası həm də “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli medalla da təltif edilib.

OXŞAR XƏBƏRLƏR