Kişilərin taekvando yarışlarında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev "Bakı-2017"nin qızıl medalı qazanıb. Onun final mərhələsindəki rəqibi özbək idmançısı Dmitri Şokin olub.
Gərgin keçən görüşün əsas vaxtı bərabər bitdiyindən əlavə qızıl xal üçün idmançılar mübarizə aparmalı olub.
Burada da sevinən tərəf İsayev olub..