Ollandın görüşlərinin səbəbi nə idi? – - POLİTOLOQ RƏYİ

Ollandın görüşlərinin səbəbi nə idi? – -  POLİTOLOQ RƏYİ
Bütün Xəbərlər
11:31 13.05.2014
764

Politoloq, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev AZXEBER.COM-a Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini və onun müxalifətlə görüşməsi ilə bağlı təhlili yazısını göndərib.

Politoloqun fikirlərini olduğu kimi təqdim edirik:

Fransa prezidentinin müxalifət liderləri Əli Kərimli və İsa Qəmbərlə görüşməsi Azərbaycan müxalifətinin tarixində yeni bir səhifə açdı. Təbii ki, hər zaman müxalifət görüşə hazır olub, amma ölkəyə gələn prezidentlər Azərbaycan iqtidarının sərt reaksiyasından narahatlıq keçirərək və əlavə problemlər yaratmamaq xatirinə görüşmək istəməyiblər. Ola bilsin ki, başqa səbəbləri də olub.

Lakin, Fransa prezidenti Fransua Hollandın bu addımı ciddi bir səhifə açmaqla yanaşı, həm də bundan sonra ölkəyə gələn Qərb dövlətlərinin də müxalifətlə davamlı olaraq görüşməsinə imkan yaradacaq. Belə demək olar ki, buz sındı...

Təbii ki, Ukrayna hadisələri də buzun sınmasında önəmli rol oynayıb və oynamaqda davam edəcək. Əlavə olaraq, Avropa Birliyinin Azərbaycanın avrointeqrasiyasına marağı daha da artıb. Bu artımın fonunda onlar Azərbaycanın demokratikləşməsi üçün daha ciddi addımlar atmaq, Azərbaycan iqtidarı ilə daha sıx danışıqlar aparmaq və ölkədə iqtisadi və siyasi islahatların tezləşməsi sahəsində təzyiqlərini artıracaqlar. Demək olar ki, Azərbaycan günü-gündən Svropaya daha çox bağlanır, iqtisadiyyatı Avropaya daha çox bağlanır və buna görə də Azərbaycanın da yan qaçmaq üçün meydanı azalmaqdadır.

Bu hansı şərtləri ortaya qoyur?

Birincisi, Azərbaycana ölkənin qanunvericiliyini, iqtisadiyyat və siyasətini Avropa standartlarına uyğunlaşdırmaq üçün daha ciddi köməkliklər göstəriləcək;

İkincisi, Avropanın sözü və siyasəti keçərli olduqca, müxalifət partiyaları güclənməkdə davam edəcək və təbii ki, demokratikləşmənin önündə gedən qüvvəyə çevrilmək şansı yaranır;

Üçüncüsü, Azərbaycan Avropa institutlarına inteqrasiya etməkdə davam edir, Avropa Birliyinin imkanları yavaş-yavaş gənclərin, QHT-lərin, ziyalıların və elm adamlarının üzünə açılır. Avropa birliyinin 80 milyard avro büdcəsi olan və əlavə olaraq özəl sektordan da 40 milyard avro vəsait toplamağı hədəfləyən "Horizon 2020" artıq Azərbaycanlıların da üzünə açılıb.

Dördüncüsü, Avropa Birliyi öz ədət-ənənəsinə sadiq qalmağı və örnək olmağı da sübut etmək niyyətindədir. Ona görə də, yəqin ki, müxalifətlə də görüşlərini artan xətt üzrə davam etdirməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR