Oğlu intihar edən ata restoranda özünü asdı

Oğlu intihar edən ata restoranda özünü asdı
Bütün Xəbərlər
11:58 11.12.2012
1588

Bakıda intihar hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 11-də Bibiheybət qəsəbəsində yerləşən “Xəzər” restoranında qeydə alınıb. Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Pənah Aslan oğlu Fərzəliyev restoranın çardağında özünü asaraq intihar edib. Mərhumun meyiti restoranın işçiləri tərəfindən aşkarlanıb.

Polisdən həmçinin bildirilib ki, 2 il əvvəl P. Fərzəliyevin oğlu da intihar edibmiş. Bundan sarsıntı keçirən ata bir neçə dəfə intihara cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR