Oğlu öldürülən Yevlax sakini Bakıda özünü yandırmaq istədi- Azadlıq Meydanında

Oğlu öldürülən Yevlax sakini Bakıda özünü yandırmaq istədi-  Azadlıq Meydanında
Bütün Xəbərlər
10:36 27.08.2015
1775

Bakıda intihara cəhd olub.

AZXƏBƏR.COM  Lent.az-a istinadən  məlumatına görə, dünən saat 14 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq Meydanında üstüna benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyiblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR