Müğənni Nadir Qafarzadə oğlu Loğmanı evləndirmək istəyir.
Sənətçi bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, hələ oğluna layiq qız tapa bilmir.
N.Qafarzadə "Bəlkə, sənət dostlarınızdan birinin qızını alıb, qohum olasınız?" sualına etiraz edib:
"Yox, sənətçi övladı almaram. Sənət adamının qızını istəmirəm. Bu mənim şəxsi fikrimdir. Bəzi söz-söhbətlər var ki, ailə içində qalmalıdır. Gərək bir-birinizə o qədər bağlanasınız ki, söz aranızdan çıxmasın".
Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi "Evdəkilərə salam" verilişi həftənin bazar günü "Xəzər" telekanalında yayımlanır.
///Axşam.az