Oğlundan Xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

MƏDƏNİYYƏT
16:04 15.11.2021
946
Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.

OXŞAR XƏBƏRLƏR