Oğlunun açıqlamasından sonra ilk dəfə görüntüləndi - FOTO

Oğlunun açıqlamasından sonra ilk dəfə görüntüləndi - FOTO
DÜNYA
20:12 09.08.2026
165
ABŞ-nin keçmiş prezidenti Co Bayden oğlu Hanterin onun səhhəti ilə bağlı açıqlamasından sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

AZXEBER.COM xəbər verir ki, 83 yaşlı siyasətçi Delaverdəki kilsə ibadətindən sonra obyektivlərə tuş gəlib.

Qərb mediası gülümsəməsinə baxmayaraq, eks-prezidentin gözəçarpan dərəcədə zəiflədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Baydenin oğlu Hanter Bayden BBC-yə müsahibəsində atasının xərçənglə mübarizəsinin artıq xeyli çətinləşdiyini deyib.

 


OXŞAR XƏBƏRLƏR