Oğlunun itkisinə dözməyən ana intihar etdi - DƏHŞƏTLİ FACİƏ

Oğlunun itkisinə dözməyən ana intihar etdi - DƏHŞƏTLİ FACİƏ
Bütün Xəbərlər
10:50 07.11.2012
2465
Ötən gün Yevlax şəhərində 53 yaşlı qadın özünü asıb. Yevlax rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Yevlax şəhər İmani küçəsi 126 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Şəfiqə Xudaverdi qızı Abdullayeva özünü asıb.
Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, qadın ailəsi ilə birlikdə yaşayıb. Ötən gün səhər saat 06:00 radələrində ailə üzvləri onun meyidini evdə asılmış halda tapıblar. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.Qeyd edək ki, Ş.Xudaverdiyevanın oğlu 3 gün bundan əvvəl avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Qadın da oğlunun fikrini çəkirmiş. İlkin ehtimala görə, onun intihar etməsinə səbəb də elə bu olub.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR