Ombudsman 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Bütün Xəbərlər
19:17 18.01.2011
1665


Bəyanatda 20 yanvar hadisələri zamanı Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər barədə geniş məlumat verilir, bu faciə bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlığa qarşı yönəlmiş aksiya kimi Sovet hakimiyyətinin bədnam tarixinin qara səhifələrindən biri kimi dəyərləndirilir. 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

 

OXŞAR XƏBƏRLƏR