Ombudsmandan “Uşaq Hüquqları Aylığı” ilə bağlı MÜRACİƏT

Ombudsmandan “Uşaq Hüquqları Aylığı” ilə bağlı MÜRACİƏT
SİYASƏT
17:08 21.10.2020
616

Ənənəvi olaraq hər il olduğu kimi bu il də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ombudsman tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Uşaq Hüquqları Aylığı” elan edilir.  

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz müraciətində qeyd edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) da fəaliyyətinin əsas istiqamətlərindən biri uşaq hüquqlarının müdafiəsi və təbliğidir. 

Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin 20 noyabr 1989-ci il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasından 31 il ötür. Ölkəmizdə dövlət uşaq siyasətinin əsas istiqamətlərindən birini də məhz uşaqların qayğı ilə əhatə olunması, onların ən ümdə maraqlarının təmin edilməsi, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların layiqli vətəndaş olaraq formalaşması təşkil edir. 

Təəssüf ki, regional sülhə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirməsi insan hüquqlarına təhdid kimi çıxış edir, regionda daimi təhlükənin mövcudluğuna səbəb olur. 

Ermənistanın 30 ildən çoxdur davam edən hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunmaqdadır. Bu münaqişədən əziyyət çəkən və fundamental hüquqları pozulan əhali qruplarından biri də uşaqlar olub.

"2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulması nəticəsində səkkiz uşaq həlak olub, 32 uşaq isə yaralanıb. Bir çox uşaqlar valideynlərini itiriblər.

Bu faktlar və Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə, o cümlədən uşaqlara qarşı mütəmadi olaraq həyata keçirdiyi hərbi təcavüz aktları ilə bağlı tərəfimdən BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna müraciət ünvanlanıb”, - deyə müraciətdə bildirilib.

Qeyd olunub ki, Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də Cenevrə Konvensiyalarının, BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarının kobud şəkildə pozulması faktlarına BMT səviyyəsində, xüsusilə də Uşaq Hüquqları Komitəsində münasibət bildirilməsinə və onların hüquqlarının beynəlxalq hüquqi müdafiəsinə nail olmaq məqsədilə bu istiqamətdə təşəbbüslə çıxış edilməli və komitə tərəfindən təcili olaraq təcavüzkar Ermənistana qarşı xüsusi prosedurun başladılması təmin edilməlidir.

Bildirilib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Buna görə də Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Bununla əlaqədar olaraq, uşaq hüquqları üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlərin canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilməsi zəruridir.

"Bu baxımdan, 2020-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərini ölkədə "Uşaq Hüquqları Aylığı” elan edərək dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT və KİV-ləri təşəbbüsümüzə qoşulmağa dəvət edir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə uşaq hüquqlarının, o cümlədən sağlamlıq, təhsil, sosial təminat və digər hüquqların təbliğinə dəstək verməyi, onlayn görüşlərin, videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif sosial çarxların hazırlanmasını tövsiyə edir, insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşmağa çağırıram”, - deyə Ombudsmanın müraciətində qeyd olunub.


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi