“Omikron” ştammı artıq İspaniya və İsveçdə - Xəstəlik sürətlə yayılır

DÜNYA
21:19 29.11.2021
348
İspaniyada da koronavirusun "omikron” ştamına (B.1.1.529) yoluxma halı təsdiqini tapıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiq edib. Bildirilib ki, yoluxma halı Afrikanın cənub ölkələrindən birindən səfərdən geri dönən şəxsdə müəyyən edilib.

Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış "B.1.1.529” adlı yeni variantı aşkar edilib. "Super variant” olaraq xarakterizə edilən "omikron”un 32 mutasiyaya sahib olduğu bildirilir.

İsveçdə də koronavirusun "omicron” ştamı ilə ilk yoluxma halı təsdiqlənib. Bildirilib ki, yoluxma halı bir həftə əvvəl Cənubi Afrikadan səfərdən geri dönən və Skon regionunda yaşayan şəxsdə müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR