“Omikron” ştamı Azərbaycanın bir addımlığında: Ondan necə qorunaq?

SOSİAL
14:38 09.12.2021
358
Koronavirusun yeni yayılan "Omikron” ştamı artıq dünyanın bir çox ölkəsində sürətlə yayılmaqda davam edir. Hətta Azərbaycana qonşu ölkədə, Rusiyada da bu ştamma rast gəlinib.

Bəs ölkəmizdə "Omikron” ştamı yayıla bilərmi?

Bununla bağlı həkim-infeksionist Nicat Əzimli AZXEBER.COM-a fikirlərini bildirib.
 
O, qeyd edib ki, bu ştamın ölkəmizdə də yaxın müddətdə aşkarlanması gözləniləndir:

"Dünyada "Omikron” çox sürətlə yayılır. Ölkəmizdə də yaxın müddətdə aşkarlanması gözləniləndir. Lakin, bunda qorxulacaq ciddi məqam yoxdur. Son araşdırmalar göstərir ki, vaksinlərdən "pfizer-biontech” vaksininin bu varianta qarşı effektivliyi hələ də qalır və ümumi rəylərdə bildirilir ki, xəstəliyin klinik gedişatında öncəki variantlara nisbətən bir ağırlaşma yoxdur. Lakin, ikinci haqqında araşdırma nəticələri hələ ki, yoxdur. Deməli, indiki dövr üçün atılmalı olan addım əhalinin aktiv şəkildə pfizer-biontech vaksini ilə təmin olunması və hər kəsin bunda aktiv iştirakıdır”.
 


İnfeksionist qeyd edib ki, yeni variantların ortaya çıxma səbəbi dünyada vaksinasiyanın tam həyata keçirilməməsidir:

"Son olaraq nəzərə almalıyıq ki, yeni variantların ortaya çıxma səbəbi dünyada vaksinasiyanın tam həyata keçirilməməsidir. Nə qədər ki, bütün əhali vaksinasiyada iştirak etmir, nə qədər ki, kasıb ölkələrin bəziləri, hətta tamamilə vaksin idxalı edə bilmir, bunun nəticəsi olaraq bu cür yeni variantlarla üzləşməyimiz labüddür”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR