Tanınmış psixoloq Fərqanə Mehmanqızı növbəti yeniliyə imza atıb.
AZXEBER.COM-un məlumatına görə, psixoloq onkoloji xəstələrlə bağlı pulsuz konsultasiyalara start verir. O portalımıza açıqlamasında deyib: "Biz əminik ki, psixoloji rahatlıq (komfort) – onkoloji xəstəlikdən effektiv müalicənin ayrılmaz hissəsidır. Bu da psixoloji çətinliklər, gərginliklər və müalicənizin effektliliyi azaldır.
Layihəmizin məqsədi- onkoloji pasientlərə həyat şəraitinin yaxılaşdırılması ilə bağlı psixoloji dəstəyin verilməsindən ibarətdir. Gəlin birlikdə psixoloqun yardımı ilə bu xəstəliklə mübarizə aparaq. May ayı ərzində ilkin qəbul ödənişsiz olacaq.
Konsultasiyaya qoşulmaq üçün 055-372-33-10 və ya 012-408-98-10 nömrəsinə zəng edib, qəbul vaxtını təyin etmək lazımdır.
