Onlar 1000 manata qədər cərimə oluna bilər

Onlar 1000 manata qədər cərimə oluna bilər
SOSİAL
17:03 22.05.2025
942
Prezident İlham Əliyev "İcra məmurları haqqında”, "İcra haqqında”, "İpoteka haqqında” və "Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə ediləcək.

Eyni zamanda icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.

Bundan başqa, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.

İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
15:06 18.08.2026
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
15:01 18.08.2026
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
Abşeronda vəkil saxlanıldı
14:55 18.08.2026
Abşeronda vəkil saxlanıldı
Məşhur aktrisanın ölüm səbəbi bilindi
14:24 18.08.2026
Məşhur aktrisanın ölüm səbəbi bilindi