Azərbaycanda son bir il ərzində “Dost Taxi” şirkəti ölkənin ən sərfəli və ən yaxşı xidmət göstərən taksi şirkətlərindən birinə çevrilə bildi.
2015-ci ildə şirkət həm də xidmət sektoruna aid olan sərnişindaşıma fəaliyyətində də müxtəlif yeniliklərlə, endirim kampaniyaları ilə örnəg olacaq işlər gördü.
Şirkət 2015-ci ildə “Bakcell”in “Ulduzum” tarifindən istifadə edən müştərilərə 33 %-lik şəbəkədaxili danışıq kartı hədiyyə etdi.
“Dost Taxi” “Azercell” abunəçilərini də unutmadı. “Genc ol” tarifindən istifadə edən müştərilərinə ilk gedişdə 33 %-lik endirim, daha sonrakı gedişlərdə isə 11%-lik endirim təqdim etdik.
“Dost Taxi” bank sektorunu da unutmadı. Bankların müştəri ilə bağlı da müxtəlif endirim kampaniyalarına start verdi. “Expressbank”da “Smile kart” sahibləri olan müştərilərə 11%-lik endirimlər həyata keçirildi.
“Rabitəbank” müştəriləri üçün də 33%-lik endirimlər tədbiq olundu.
Bundan başqa şirkətin ayıq sürücü xidməti ilə bağlı başlatdığı kamapniya demək olar ki, müştərilər üçün əvəzolunmaz fürsətə çevrildi. Belə ki, ayıq sürücü xidməti üçün müraciət edən vətəndaşlara Bakının istənilən nöqtəsinə 10 manata xidmət göstərildi. Və ən əsası şirkət əməkdaşının idarə etdiyi bütün avtomobillər “Dost Taxi” tərəfindən siğortalandı.
“Dost yolda tanınar!” devizi ilə 2015-ci ildə xidmət sektoruna müxtəlif yeniliklər gətirən şirkət, operativliyi, dürüstlüyü və ən əsası ucuz qiymətləri ilə fərqlənməyə nail oldu.
Bir işarə, 4 rəqəmlə ( *3311 ) sizə yaxın olan “Dost Taxi” yeni ildə də müştərilərinin konfortu üçün yeni xidmətləri ilə fəaliyyətini davam etdirəcək. Bu minvalla şirkət Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli münasibəti ilə təbrik edir!