“Onlar Sevinsin” layihəsi bu il Tovuzun Ağdam kəndində! - FOTO

İQTİSADİYYAT
14:49 08.09.2020
389
Sosial yönümlü layihələrin icrasına daim xüsusi önəm verən Bank of Baku, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində yeni tədris ilinə özəl olaraq həyata keçirdiyi "Onlar Sevinsin” layihəsini bu il də uğurla başa çatdırdı.

AZXEBER.COM xəbər verir ki, layihənin dördüncü ilində Bank of Baku-nun əməkdaşları Tovuzun qəhrəmanlar, igidlər kəndi olan Ağdam kəndinə səfər etdilər. Güllə səslərinin qulaq batırdığı, cəsarətin qorxuya qalib gəldiyi, torpağından, suyundan qəhrəmanlıq ətri gələn bu kənddə yaşayan və təhsil alan 150 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.

"Onlar Sevinsin” layihəsinin əsas məqsədi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək, yeni dərs ili öncəsi onları sevindirməklə təhsillərinə töhfə verməkdir.

Layihənin gedişatını əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:
 

 #OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA
 
 #OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw
 

Qeyd edək ki, 2017-ci ildən icrasına start verilən "Onlar Sevinsin" layihəsi ilə Bank of Baku 4 il ərzində ümumilikdə 500 nəfərə yaxın məktəblini sevindirmiş, təhsillərinə dəstək olmuşdur.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
 
 
 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet