‘Onlar Türkiyə və Azərbaycanın yaratdığı reallıqlara uyğunlaşmaq məcburiyyətində qalıblar’ - ANALİZ

‘Onlar Türkiyə və Azərbaycanın yaratdığı reallıqlara uyğunlaşmaq məcburiyyətində qalıblar’ - ANALİZ
Bütün Xəbərlər
15:34 19.03.2012
1200

Azərbaycan qaz siyasətində Avropa Birliyinin maraqlarını nəzərə almalı olacaq

“REGİON” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev BP şirkətinin də Transanadolu boru xətti konsorsiumunda yer alması mümkünlüyü barədə AZXEBER.COM-aöz analizlərini bölüşüb: “Keçən ilin dekabrın 26-da Ankarada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan təbii qazını “Şahdəniz–2” layihəsi çərçivəsində Türkiyə və Avropaya nəql edəcək Transanadolu boru xətti konsorsiumuna dair saziş imzaladıqdan sonra “Nabucco”nun dəfn edilməsi ilə bağlı mülahizələr ortaya atıldı.

Məncə, buna səbəb “Nabucco”nun uzun müddət müzakirə predmeti olması və onunla bağlı konkret qərar qəbul edilməməsi oldu. Çünki, layihə çox bahalı idi və onun doldurulması ilə bağlı da ortada konkret sazişlər yox idi. Bundan əndişələnən Azərbaycan “Şahdəniz-2” yatağından çıxarılacaq qazın bazarını müəyyən etmək və tezliklə məsələyə nöqtə qoymaq istədi. Digər tərəfdən isə “Nabucco” boru kəmərinin maliyyələşdirilməsində Azərbaycanın kifayət qədər vəsait qoyması da müzakirə mövzusu idi. Bu isə, Azərbaycana sərf edən variant deyildi. Türkiyə də “Nabucco”nun ilkin variantında həyata keçirilməsi zamanı Transanadolu boru xətti ilə müqayisədə ciddi dividendlər qazanmayacaqdı”.

Analitik Mərkəzin rəhbəri qeyd edir ki “Transanadolu boru xətti ilə bağlı yaradılan konsorsium sazişindən sonra Azərbaycanın qaz ixracatı üzrə yeni düzən yaranıb. Vaxtı ilə Azərbaycan öz qazını Avropaya ixrac etmək üçün Avropa Birliyi və ABŞ-ın strategiyasına uyğun hərəkət edirdisə, artıq indi həmin dövlətlər Türkiyə və Azərbaycanın yaratdığı reallıqlara uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu perspektivdən çıxış edərək Avropa Birliyi “Nabucco”nu Transanadolu boru xəttinə uyğunlaşdırmalı olacaq. Əgər Nabucco şərqi Türkiyədən Avstriyaya uzanmalı idisə, yeni kəmər Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarteninə kimi uzanacaq. Bununla da “Nabucco” iki dəfə qısaldılacaq. Yəni əgər əvvəllər kəmərin uzunluğu 3900 km idisə, indi 1200 km olacaq. Avropa Birliyi dövlətlərinin “Nabucco”nu Transanadolu boru xəttinə uyğunlaşdırmaq istəyi Britaniyada dərc edilən “Financial Times” qəzetində də ciddi təhlil edilib”.

Ekspertin fikrincə “Transanadolu boru xətti üzrə saziş imzalandan sonra Azərbaycana təzyiqlərin artacağı bəlli idi. Çünki, Transanadolu konsorsiumunda ARDNŞ şirkəti 80 faiz, Türkiyə Petrolları Anonim Şirkəti (TPAO) və BOTAŞ isə 20 faiz paya sahibdirlər.Azərbaycan 80% payını paylaşmalı olacaq ki, Avropa Birliyinin təzyiqlərindən bir az yaxa qurtara bilsin. Elə buna görə də The Financial Times (FT) qəzetində artıq Azərbaycanın öz payını BP ilə bölüşməsi barədə fikir səsləndirilib. BP-nin "Şahdəniz" üzrə vitse-prezidenti Alister Kuk FT-yə müsahibəsində layihəni "irəliyə doğru böyük addım" adlandırıb. Onun sözlərinə görə, “sonradan böyüdülməsi mümkün olan kiçik boru daha məqsədəuyğundur. BP Azərbaycan hökumətindən Transanadolu konsorsiumuna qoşulmaq üçün birbaşa təklif alıb”. Bu o deməkdir ki, artıq proses başlayıb və ola bilsin ki, bir sıra digər dövlətlər də bu layihədə Azərbaycanın payından qismən almağa nail olsunlar”.

Razi Nurullayevin sözlərinə görə “Rusiya və İran da ortaya iddia qoyacaqlar. Bunu gözləməyə dəyər. Rusiyanın Azərbaycana təzyiqi daha böyük ola və sonunda Azərbaycan güzəştlərə də gedə bilər”. İstənilən halda, Transanadolu boru xəttinin “Nabucco” layihəsinin qısa variantı kimi qələmə verilməsi, Azərbaycan və türkiyənin yaratdığı yenə reallıqlara uzlaşdırılması prosesi başlayıb və sonunda bu layihənin Avropa Birliyinin enerji siyasəti ilə uzlaşdırılması prosesi Azərbaycan tərəfindən də yerinə yetirilməlidir. Əks halda, Azərbaycan Avropa Birliyinin və ABŞ-ın artan təzyiqi qarşısında duruş gətirə bilməyəcək. Çünki, Rusiya və İranın da ölkəmizə təzyiqini nəzərə alsaq, ən məqbul variantın Avropalılarla razılaşdırılması olacaqdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
10:10 14.06.2025
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi