"Onların əməkhaqqı kartını mənimsəmək cinayətdir"

"Onların əməkhaqqı kartını mənimsəmək cinayətdir"
SOSİAL
15:20 29.05.2020
671
Sosial müdafiəyə ehtiyacı olan insanların aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildən haqqı ödənilən ictimai işlərin təşkilinə başlanılmış və karonavirus panidemiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin dövründə bu iş yerlərinin sayı artırılmışdır.

AZXEBER.COM xəbər verir ki, Şəmkir rayonunda da əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində açılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə, bu işlərin təşkilinə nəzarətin gücləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında komissiya yaradılmışdır.

Komissiyanın qarşısına müvəqqəti iş yerlərinin dislokasiyasını müəyyən etmək, müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin təşkilinin təftişi, işçilərin işə qəbulunda şəffaflığın təmin edilməsi, işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün işə götürənlərlə fərdi izahat işinin təşkili, işəgötürən və işəgötürülənlər arasında hər hansı bir mənfi halların yaranmaması üçün zəruri tədbirlərin görülməsi məqsəd kimi qoyulmuşdurcp.

Görülən tədbirlərin ilk mərhələsi olaraq 2019-cu ilin əvvəlində sosial işlərə cəlb edilmiş işçilərin hər biri ilə tək-tək aparılan təftiş zamanı müəyyən edilib ki, işçilər işə qəbul zamanı və işlədiyi dövrdə heç bir mənfi halla qarşılaşmayıblar. Əməkhaqqı kartından çıxarılan vəsaiti isə özləri alırlar. Bütün bunları sosial işlərə cəlb edilmiş hər bir işçi yazdığı izahatlarda imzaları ilə təsdiqləyiblər.

Bu gün isə komissiya tərəfindən İctimai Nəzarət Şurasının üzvləri, rayon icra hakimiyyəti əməkdaşları,Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və rayon Məşğulluq Mərkəzinin işçilərinin də içtirakı ilə ölkə başçısı tərəfindən ictimai işlərin təşkilinə nəzarətin artırılması, bu sahədə şəffaflığın təmin olunması, habelə əmək haqqı kartlarının bu işlərə cəlb olunmuş şəxslərdə olması ilə bağlı həmin şəxslərdən müvafiq iltizamnamənin alınması işi həyata keçirilib.

Karatin qaydalarına riayət olunaraq təşkil olunan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da içtirak edib, ödənişli işlərə cəlb olunanların kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi üçün onlarla fərdi söhbət edib.

Sosial işlərə cəlb olunanlardan iltizamnanəmin alınmasında Rayonun İctimai Nəzarət Şurasının üzvləri fəal iştirak edib, işin gedişatı ilə yaxından maraqlanıblar.

Göstərilən diqqət və qayğıya görə ictimai işlərə cəlb olunmuş Şəmkir sakinləri Cənab Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
 

OXŞAR XƏBƏRLƏR