“Onların əziyyətinə heyfim gəlir” - Qurban Qurbanov texniki məğlubiyyətdən danışdı

“Onların əziyyətinə heyfim gəlir” - Qurban Qurbanov texniki məğlubiyyətdən danışdı
TOP4
22:55 20.10.2018
5119
"Çox danışmağa ehtiyac yoxdur. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. "Səbail”i təbrik edirəm”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçunu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkən deyib.

 - Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri var idi?

- Xeyr.

- Bunda məsul şəxs kimdir?

- Əlbəttə, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır. Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə hal olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm.

- "Qarabağ”da ikinci dəfədir belə hal yaşanır. Görünür, birinci səhvdən dərs çıxarılmayıb?

- Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudur. Onun adının yazılmaması taledir. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb.

- "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədir: Rahil Məmmədovun meydana çıxmaması nə ilə bağlıdır?

- Rəşad Sadıqovun da, Yakub Jezniçakın da oynamasına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdır. Həm fiziki, həm də psixoloji cəhətdən.

- "Neftçi” də uduzdu. Ancaq yenə də liderlik mövqeyində qərarlaşacaq. Qarşıdakı turda isə onlarla qarşılaşacaqsınız...

- Bu barədə heç nə demək istəmirəm. Texniki səhv mənə mənfi təsir etdi. "Vorskla” ilə matça qədər futbolçuları da hazırlamaq lazımdır. Çünki bu gün çox məyus idilər. Oyun proqramımız çox ağırdır. Ardıcıl 3 gündən bir oyunlarımız var. Ardından milli komandanın matçları gəlir. Futbolçuları həmin qarşılaşmalara düzgün hazırlamağa çalışacağıq. "Neftçi” barədə düşünmürəm. Heç oyunun gedişində də onların oyununu düşünmürdüm.

- Qoşunu döyüşə hazırlayan sərkərdə özünü bu sıx qrafikə kökləyə bilir?

- Əlbəttə çox ağırdır və çox yoruluram. Təkcə işləmək məni yormaz. Bəzən heç nədən məndə gərginlik yaranır. Texniki bir səhv, hansısa detal mənim fikrimi yayındırır. Bilsəm ki, diqqətim təkcə işdədir, yorğunluq olmur. Adicə məşqdə istədiklərimiz olanda özümüz həzz alırıq. Bəli, yorğunluq olur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək