Onlayn narkotik satan: "Maşında narkotiki "eşən" zaman polislər məni tutdu"

Onlayn narkotik satan: "Maşında narkotiki "eşən" zaman polislər məni tutdu"
KRİMİNAL
18:47 04.01.2019
8776
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri - Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Həmin şəxslər narkotik maddələrin istifadəçisi olduqlarını, satışı ilə məşğul olmadıqlarını söyləyiblər.

Daha sonra təqsirləndirilən T.Əlizadə sərbəst ifadə verib. O, digər təqsirləndirilən M.Əlizadə və R.Yusifzadənın uşaqlıq dostu olduğunu deyib: "Narkotik istifadəçisi olmuşam. Lakin nə satışı, nə də hər hansı şəbəkə ilə əlaqəm olmayıb. "Avrora" şirkətində mal paylayan işləmişəm. Məhəmmədlə dost olduğumdan tez-tez görüşmüşəm, birlikdə narkotik qəbul etmişik".

T.Əlizadənin sözlərinə görə, hadisə günü M.Əlizadə zəng edib R.Yusubzadə ilə onu görüşə çağırıb: "Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. O, malı götürdü, lakin geri qayıtmadı. Bu zaman polislər məni tutub idarəyə apardı".

T.Əlizadə qeyd edib ki, narkotiki "Baba" adlı şəxsdən alıblar: "Onu şəhərdə hamı tanıyır, Türkiyədə yaşayır. Biz onunla danışırdıq, hesab nömrəsi verirdi. Ödəmə terminalında onun dediyi hesaba pulu köçürdürdük, çeki isə çəkib onun nömrəsinə göndərirdik. Yarım saat ərzində bizə yer deyirdi və gedib narkotiki götürürdük".

Digər təqsirləndirilən R.Yusifzadə dindirilən zaman söyləyib ki, "Baba" ilə eyni məktəbdə oxuyub. Taksi sürücüsü olduğunu deyən R.Yusifzadə bildirib ki, hadisə günü "Baba" ilə danışıb: "O, narkotik satışı ilə məşğul olurdu. Mən yalnız çəkəniyəm. Onunla danışıb narkotik istəmişəm. Ödəmə terminalında pulu hesaba ödədim, sonra mənə ünvan dedi. Ora gedib binanın qaz sayğacının içindən narkotiki götürdüm. Maşında narkotiki "eşən" zaman polislər məni tutdu".

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri - Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan, ümumilikdə, 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan "Spays", 2 büküm psixotrop maddə "Metamfetamin" və 4 ədəd 300 mq-lik güclü təsiredici "Lyrica" kapsulaları aşkar olunaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir