Türkiyədə sosial media fenomenlərinə qarşı başladılan "OnlyFans” istintaqı başa çatıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, abunəçiləri ilə cinsi əlaqədə olan video və fotoşəkillər paylaşaraq pul qazanan 27 influenserə qarşı ittihamlar irəli sürülüb və onlara 10 ilə qədər həbs cəzası tələb edilib.
Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniyada qurulan "OnlyFans" istifadəçilərə məzmun (foto, video) paylaşımı vasitəsilə gəlir təmin edirdi. Abunəçilər məzmun yaradıcılarına öz fotolarına, videolarına və digər məzmunlarına daxil olmaq üçün aylıq ödəniş ödəyirdilər. Prokurorun sözlərinə görə, platforma hər növ məzmunun dərc olunmasına icazə versə də, xüsusilə yetkinlər üçün cinsi məzmunu ilə tanınırdı.











































