'Onu da deyim ki, ortaya çox maraqlı nəticələr çıxacaq' - SAM-ın yeni rəhbəri

MAQAZİN
11:14 19.06.2012
1968
"Ekspertlər tərəfindən hazırlanan sənəd Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyətin hansı formada verilməsi və digər sahələri əhatə edəcək"AZXEBER.COM Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni rəhbəri Fərhad Məmmədovun salamnews-a müsahibəsini təqdim edir.
- Strateji Araşdırmalar Mərkəzinin (SAM) fəaliyyəti barədə nə deyə bilərsiniz?- SAM struktur olaraq beş ildir fəaliyyət göstərir. Bu müddətdə tam komplektləşdirilib. SAM bir qurum kimi ölkənin xarici, daxili siyasəti, iqtisadiyyat sahəsində fundamental araşdırmalar aparır. Təşkilat, eyni zamanda daha çox tətbiqi, tədqiqi işlərlə məşğul olur. Cari proseslərin analizləri ilə bağlı Azərbaycan Prezidenti Administrasiyası tərəfindən verilən tapşırıqları həyata keçirir. Əgər SAM indiyədək illik strateji fəlaiyyət planı və hesabatı hazırlayaraq hökumətə təqdim edirdisə, gələn ildən etibarən üçillik strateji plan hazırlamaq istiqamətində fəaliyyət göstərəcək. Yəni, SAM təkcə birillik proqnozlar deyil, həmçinin üçillik prqnoz və fəaliyyət planı hazırlayacaq.- SAM-ın daha hansı yeni fəaliyyət istiqamətləri nəzərdə tutulur?- İlk növbədə, bu Azərbaycanın daxili siyasəti və gələcək inkişaf perspektivlərini, həmçinin ayrı-ayrı sahələr üzrə problemlər və onların həlli istiqamətini araşdırmaq istiqamətində fəlaiyyətlərimiz olacaq. Əsas prioritet sahə isə yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinə dair bir çox araşdırma planlaşdırmışıq. Bu istiqamətdə indidən iş aparılır və il ərzində bu işlər başa çatacaq. Onu da deyim ki, ortaya çox maraqlı nəticələr çıxacaq.- Təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin daha çox hansı aspektinin araşdırmaqla məşğul olacaq?- SAM-ın araşdırmaları xüsusən gələcəkdə Dağlıq Qarabağda yaşayacaq erməni və Azərbaycan icmalarının birgəyaşayış mexanizmlərinin formalaşdırıması ilə əlaqədardır. Ekspertlər tərəfindən hazırlanan sənəddə Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyətin hansı formada verilməsi və digər sahələri əhatə edəcək. Bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ istiqamətində olan fəaliyyətinin gücləndirməyə xidmət edir.- Bəs beynəlxalq sahədə əməkdaşlığın inkişafı istiqamətində hası planlarınız mövcuddur?- SAM indiyədək 14 ölkənin beyin mərkəzləri ilə əməkdaşlıq protolokolu imzalayıb və yaxın gələcəkdə bu ölkələrin sıralarının genişlənməsi gözlənilir. Biz tərəfdaşlarımızla birgə Azərbaycan, Cənubi Qafqaz, qlobal proseslərlə bağlı müştərək layihələr həyata keçiririk. Bu cür tədbirlərin keçirilməsi həm Azərbaycan erkspertlərinin beynəlxalq ictimaiyyətə çıxarılmasına xidmət edir, həm də ölkəmiz barədə ekspert mövqeyinin xaricdə dərc olunmasına nail oluruq. Hansı ki, beynəlxalq aləmdə ekspert rəyinə böyük diqqət yetirilir. Ümumiyyətlə, biz Azərbaycan ekspertlərinin beynəlxalq səviyyədə tanınması istiqamətində fəaliyyətimizi gücləndirmək niyyətindəyik və bu missiyanı üzərimizə götürmüşük. Ümid edirəm ki, bu işin öhdəsindən uğurla gələcəyik

OXŞAR XƏBƏRLƏR