“Onu deyən qələt eləyir, başını daşa döyür!” - Tağı Əhmədov

“Onu deyən qələt eləyir, başını daşa döyür!” -  Tağı Əhmədov
Bütün Xəbərlər
18:15 22.03.2014
3148

Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV –də məlumatlar yayılmışdı. Hətta onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi.

AZXEBER.COM xəbər verir ki, “Xeberdar.az” saytı Tağı Əhmədovun həqiqətən ölkəni tərk etməsini və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün, eks-rəislə əlaqə saxlayıb. Tağı Əhmədov isə açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib: ”Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədar ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma-gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.

OXŞAR XƏBƏRLƏR