Onun da qəbri açılacaq

İQTİSADİYYAT
00:23 12.11.2012
2331

Sabiq Fələstin liderinin meyidinin ekshumasiya ediləcəyi tarix açıqlandı

Fələstinin müəmmalı şəkildə vəfat edən lideri Yasir Ərəfatın qəbri dekabrın 26-da rus mütəxəssislərinin iştirakı ilə ekshumasiya ediləcək. Bunun üçün artıq isveçrəli mütəxəssislər İordan çayının Qərb sahilinə gəliblər. Daha sonra fransız mütəxəssislərinin də Fələstinə gələcəkləri gözlənilir.

“Al-Jazeera” telekanalının məlumatına görə, Yasir Ərəfatın diş fırçası, geyimi, sidiyi və qanından götürülmüş nümunələrdə radiaktiv element olan polonium-210-nun miqdarı həddindən artıq yüksək olub. Ehtimal edilir ki, bu elementlə zəhərlənmə Fələstin liderinin qəfil ölümünə səbəb olub. Qeyd edək ki, Yasir Ərəfatın meyidinin ekshumasiya edilməsini onun dul qalmış xanımı Suha xahiş etmişdi. O, ərinin öz əcəli ilə ölmədiyini iddia edir.

Xatırladaq ki, Yasir Ərəfat 2004-cü ilin noyabr ayında Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında yerləşən hospitallardan birində qəflətən dünyasını dəyişmişdi. Onun zəhərləndiyi ehtimal edilir. Qeyd edək ki, fransız həkimlər həmin zaman Yasir Ərəfatın ölüm səbəbini açıqlamamaqla çoxsaylı şayiələrin yaranmasına səbəb olmuşdular. 

OXŞAR XƏBƏRLƏR