‘Onun nə vaxtsa Kəlbəcərə getdiyindən xəbərsizəm’ – Əsir düşən kəlbəcərlinin oğlu

‘Onun nə vaxtsa Kəlbəcərə getdiyindən xəbərsizəm’ – Əsir düşən kəlbəcərlinin oğlu
Bütün Xəbərlər
18:10 16.07.2014
1488

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən kəlbəcərli Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının tutulduğunu internetdən oxuduğunu bildirib.  AZXEBER.COM-unməlumatına görə, anspress-inəməkdaşı ilə söhbətində Kürdoğlu Əsgərov bildirib: “Mən bildiyimə görə, o, Rusiyada olmalıydı. Atamın Azərbaycanda olmasından xəbərsiz idim. Bizə Rusiyaya getdiyini demişdi. Ümumiyyətlə, atam Rusiya vətəndaşıdır, Permdə yaşayır. Orada taxta-şalban istehsalı ilə məşğuldur. Onun nə vaxtsa Kəlbəcərə getdiyindən xəbərsizəm”. Amma bununla yanaşı, o, atasını başa düşdüyünü bildirir: “Bilirsiz, onu analyıram. Kəlbəcərdə doğulub, ürəyi o torpaqla döyünür. Həyatı ilə risk edib, doğma torpağını görməyə gedib”. 

OXŞAR XƏBƏRLƏR