Onun üçün 125 milyon ödədilər

Onun üçün 125 milyon ödədilər
İDMAN
00:23 07.08.2026
231
"Real Madrid” Almaniyanın "Leyptsiq” klubunun cinah hücumçusu Yan Diomandenin transferini elan edib.

AZXEBER.COM  xəbər verir ki, futbolçu ilə 2033-cü ilə qədər müqavilə imzalanıb.

Məlumata görə, Diomandenin transfer dəyəri 125 milyon avro təşkil edəcək. Almaniya klubu gələcəkdə bonuslar şəklində daha 15 milyon avro qazana bilər.

Qeyd edək ki, hücumçu 2025-ci ildən "Leyptsiq”in şərəfini qoruyurdu. O, 2025/26 mövsümündə 36 oyunda meydana çıxaraq 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt” portalının məlumatına görə, kot-d'ivuarlı futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir. O, başa çatan Dünya Çempionatında 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə müəllifi olub.
OXŞAR XƏBƏRLƏR