Yeni mövsümdən izdivac verilişlərinin nümayişinə son qoyulacaq.Gün.Az xəbər verir ki, belə verilişlərdən biri olan “Onun yarısı” da bu gün bağlanır.Azad Azərbaycan Televiziyasında nümayiş olunan verilişin layihə rəhbəri və aparıcısı Zaur Baxşəliyev bu haqda canlı yayımda deyib. O, iyulun 27-də verilişin bağlanış buraxılışını nümayiş etdirəcəklərini deyib.Əlavə edib ki, əslində veriliş yeni mövsümdə fərqli formatda tamaşaçıların görüşünə gələcək.