Opera Teatrı ilk dəfə “Milli Opera İncilərimiz” layihəsini təqdim etdi - FOTOLAR

Opera Teatrı  ilk dəfə “Milli Opera İncilərimiz” layihəsini təqdim etdi - FOTOLAR
MƏDƏNİYYƏT
10:57 19.05.2025
1885
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizi və klassik opera sənətini yaşatmaq məqsədilə "Milli Opera İncilərimiz” adlı yeni layihə təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, layihənin ilk konserti 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konsert proqramında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Firəngiz Əlizadə, Pikə Axundova və Siyavuş Kəriminin operalarından seçilmiş nümunələr səsləndirilib.

Tamaşaçılar qarşısında Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Elçin Həşimov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Əhmədov, Elxan Mansurov, Şirzad Fətəliyev və solistlər Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə, Səma Həmzayeva, Aydan Quliyeva çıxış ediblər.

Konserti Teatrın simfonik orkestri və xor kollektivi müşayiət edib. Dirijor – Əməkdar artist teatrın baş dirijoru, Əyyub Quliyev, xormeyster –  teatrın baş xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, layihənin rejissoru – teatrın baş rejissoru 
Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Layihənin ay ərzində bir dəfə nümayiş olunması nəzərdə tutulur.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir