Opera və Balet Teatrı repertuarını dəyişdirdi

Opera və Balet Teatrı repertuarını dəyişdirdi
MƏDƏNİYYƏT
14:38 04.02.2012
2339
Kəskin hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında dəyişiklik edilib.
Fevralın 4 və 5-də nümayiş olunması nəzərdə tutulan Ciokkino Rossininin “Sevilya bərbəri”, Qara Qarayevin “Leyli və Məcnun” operalarının və Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış tamaşanın vaxtı dəyişdirilib.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tamaşaların teatrsevərlərə nə vaxt təqdim olunacağı yaxın günlərdə müəyyənləşdiriləcək.Bununla yanaşı, havaların kəskin soyuması burada çalışan istər yaradıcı, istərsə də texniki işçilərin əmək fəaliyyətinə heç bir problem yaratmayıb. Hazırda teatrda cari ildə ilk təqdimatı nəzərdə tutulmuş tamaşalar üzərində ciddi məşqlər aparılır.
OXŞAR XƏBƏRLƏR