22:29 Bazar Günü, 26 Yanvar 2020
SİYASƏT

Oqtay Əsədov ABŞ-dan Qarabağla bağlı gözləntilərini AÇIQLADI

20:00, 15.11.201926914
Oqtay Əsədov ABŞ-dan Qarabağla bağlı gözləntilərini AÇIQLADI

Azərbaycan təkcə federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərir.

Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

 

O bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi kökləri var.

Milli Məclis sədri bildirib ki, bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb.

Spiker Dağlıq Qarabağ münaqişəsindən də söz açıb.

O qeyd edib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

"ATƏT-nin Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin həllinə öz töhfəsini verə bilər”, - deyə O.Əsədov əlavə edib.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ