Milli Məclisin sədri Oqtay Əsədov Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanı 50 illik yubileyi münasibətilə təbrik edib.
AZXEBER.COM-un xəbərinə görə, təbrik məktubunda Fazil Mustafanın ömür yoluna nəzər salınıb, Azərbaycanın ictimai-siyasi mühitindəki xidmətləri sadalanıb, elmi fəaliyyəti yüksək qiymətləndirilib. Milli Məclisin sədri məktubunun sonunda BQP başqanını bir daha təbrik edib, uğurlar diləyib.

