Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qəbulda Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı rayon sakinlərini iştirak edə biləcək. Nazir səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.Qəbulda həmçinin sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.